Portuqaliyanın “Sportinq” klubunun stadionunun adı dəyişdirilə bilər.
APA-nın məlumatına görə, bunu Lissabon təmsilçisinin prezidenti Frederiko Varandas açıqlayıb.
O bildirib ki, “Joze Alvalade” stadionuna klubun sabiq futbolçusu Kriştianu Ronaldonun adını vermək niyyətitndədirlər: “Bu məsələni təxirə salmayacağıq. Onun adının bizimlə bağlı olması ilə çox fəxr edəcəyik. Kriştianu klubumuzun tarixində ən böyük rəmzlərdən biridir və belə də qalacaq. Artıq gənclər akademiyamızın divarlarında onunla bağlı dəyərləri əks etdirmişik. Sözsüz ki, Ronaldo bütün zamanların ən yaxşı portuqaliyalı futbolçusu, idman tarixinin ən yaxşı atletlərindən biridir”.
Qeyd edək ki, karyerası ərzində “Mançester Yunayted”, “Real” və “Yuventus”da oynamış K.Ronaldonun ilk klubu “Sportinq” olub.
“Sportinq” klubu stadionuna Kriştianu Ronaldonun adını vermək istəyir
12 oktyabr 2019 15:14 (UTC +04:00)
Futbol
“Jirona” tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb
07:50
5 may 2024
“Real Madrid” 36-cı dəfə "La Liga" çempionu olub
23:04
4 may 2024
Futbol üzrə Avropa çempionatına komandalar 26 oyunçu ilə qatıla biləcəklər
21:05
3 may 2024
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib
01:16
3 may 2024