Bank Of Baku

Stefan Əl-Şəravi Çin klubuna keçib

Stefan Əl-Şəravi Çin klubuna keçib
# 08 iyul 2019 09:45 (UTC +04:00)

İtaliyanın “Roma” klubunun futbolçusu Stefan Əl-Şəravi Çinin “Şanxay Şenxua” komandasına transfer olunub.

APA-nın məlumatına görə, 26 yaşlı Misir əsilli hücumçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

S.Əl-Şəravi bu müddətdə 40 milyon avro qazanacaq. Onun keçidindən “Roma” bonuslarla birlikdə 18 milyon avro əldə edib.

2016-cı ildən Romanın eyniadlı klubunda çıxış edən forvard bu müddətdə 100 oyun keçirib və 32 qol vurub. O, ötən mövsüm A seriyasının 28 matçında 11 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR