2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə 2 futbolçu cəlb edib.
APA-nın məlumatına görə, "Gənclik şəhəri" təmsilçisi Cəmaləddin Xocaniyazov və Rəhim Sadıxovla 2 illik müqavilə imzalanıb.
Onlardan birincisi “Sumqayıt”da “5”, digəri “90” nömrəli formada çıxış edəcək.
Sankt-Peterburq “Zenit”inin yetirməsi olan C. Xocaniyazov 2012-2016-cı illərdə adıçəkilən komandanın əsas və əvəzedici komandalarında çıxış edib (10 oyun). Son klubu BATE (2 oyun) olan futbolçu Rusiyanın “Ural” (1 oyun), “Baltika” (2 oyun), “Soçi” (8 oyun), “Amkar” (1 oyun) və Danimarkanın “Orxus” (35 oyun, 1 qol) klublarının şərəfini qoruyub.
Moskva “Spartak”ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində paytaxtın “Solyaris” (16 oyun) və “Torpedo” (71 oyun, 23 qol) klublarında çıxış edib. O, Azərbaycanın U-17 və U-19 millilərində də oynayıb.
"Sumqayıt" BATE və "Torpedo"dan futbolçu transfer edib
12 sentyabr 2019 19:25 (UTC +04:00)
Futbol
Futbol üzrə Avropa çempionatına komandalar 26 oyunçu ilə qatıla biləcəklər
21:05
3 may 2024
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib
01:16
3 may 2024
UEFA Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub edib
01:04
3 may 2024
Kurtua Avropa çempionatında iştirak etməyəcək
11:14
2 may 2024