“Sumqayıt” Futbol Klubu 2019/2020 mövsümündə yeni loqo altında çıxış edəcək.
APA-nın klubun saytına istinadən məlumatına görə, yeni emblemin üzərində yerləşən “Göyərçin” Sumqayıt şəhərinin rəmzi və sülhü təmsil edir.
Rəmzin alt hissəsində yerləşən “Sünbül” isə bolluq, bərəkət simvoludur.