Bank Of Baku

"Sumqayıt"ın Müşahidə Şurasına yeni üzvlər qəbul olunub

"Sumqayıt"ın Müşahidə Şurasına yeni üzvlər qəbul olunub
# 31 oktyabr 2019 11:47 (UTC +04:00)

“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

APA-nın klubun saytına istinadən məlumatına görə, “Azərikimya” İB-də baş tutan iclasda komandanın prezidenti Riad Rəfiyev, Müşahidə Şurasının üzvləri – İmran Arzumanzadə, Vaqif Ömərov, Teymur Səmədov, Telman Salahov və Abdulla Məmmədov iştirak ediblər.

Toplantıda əsas komandanın çıxışı, akademiyanın cari mövsümdəki fəaliyyəti, klubun infrastrukturu ilə bağlı yeni layihələr, Müşahidə Şurasına yeni üzvlərin seçilməsi və digər məsələlər müzakirə edilib. Yekunda Fərid İslamov və Vüsal Nağıyevin şuraya üzv seçilməsi iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub.

İclasın sonunda Müşahidə Şurası tərəfindən klubun rəhbərliyinə bəzi məsələlərlə bağlı müxtəlif tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR