Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində 500-ə yaxın muzey əşyası bərpa və konservasiya olunub

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində 500-ə yaxın muzey əşyası bərpa və konservasiya olunub
# 06 aprel 2015 09:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində 500-ə yaxın muzey əşyası bərpa və konservasiya olunub.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, hazırda Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Əzim Əzimzadənin və Üzeyir Hacıbəylinin ev muzeyləri ilə yanaşı, Şəki, Lənkəran, Lerik, Beyləqan, Astara, Şirvan, Ucar, Masallı və s. bölgələrin tarix - diyarşünaslıq və ev muzeylərinin toplularından da xalça, xalça məmulatı, qrafika, rəngkarlıq, tikmə, parça, kağız və s. 500-ə yaxın muzey əşyası bərpa və konservasiya olunmaqdadır.

Şöbədən bildiriblər ki, Lənkəran tarix diyarşünaslıq muzeyinin təmirdən sonra yeni ekspozisiyasının açılması ilə əlaqədar mərkəzin bərpaçıları muzeyə məxsus 100-dən çox muzey əşyasını bərpa ediblər.

Hazırda Əzim Əzimzadənin Ev və Masallı tarix diyarşünaslıq muzeylərinin yeni binada ekspozisiyalarının açılışı ilə əlaqədar muzeylərə məxsus əşyalar üzərində bərpa və konservasiya işləri aparılır.

Eyni zamanda əşyalarının bərpa və konservasiyası olunması məqsədilə mərkəzə Ağsu və Yevlax tarix-diyarşünaslıq muzeylərindən ilk dəfə olaraq müraciət edilmiş və Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə bu muzeylərə məxsus 200-ə yaxın əşya bərpa üçün Mərkəzə gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR