Sabah Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.
APA-nın məlumatına görə, turun oyunları üç gün ərzində keçiriləcək.
Ardıcıl 5 qələbə ilə turnir cədvəlinə başçılıq edən “Qarabağ” ilk oyun günündə “Sumqayıt”ı qonaq edəcək. Son çempion favoriti olduğu matçda da uğurlu seriyalarını davam etdirməyə iddialıdır.
Turun ikinci günündə mövsümə uğursuz başlayan komandalar üz-üzə gələcəklər. Aşağı pillələrdə qonşu olanların duelində “Qəbələ” “Neftçi”ni qəbul edəcək.
Turun son günündə iki matç baş tutacaq. İkinci sırada yer alan “Səbail” autsayder “Sabah”la görüşəcək. Sonuncular İqor Ponomaryovun rəhbərliyi altında ilk qarşılaşmasını keçirəcəklər.
Turnir cədvəli baxımından turun mərkəzi oyununda iki paytaxt klubu görüşəcək. “Keşlə” öz meydanında “Zirə”ni sınağa çəkəcək.
Azərbaycan Premyer Liqası
VI tur
27 sentyabr (cümə)
“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00
28 sentyabr (şənbə)
“Qəbələ” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu, 17:00
29 sentyabr (bazar)
“Sabah” – “Səbail”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Bank Respublika Arena”, 17:30
“Keşlə” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASCO Arena”, 19:45
|
1 |
Qarabağ |
5 |
5 |
0 |
0 |
13-1 |
15 |
|
2 |
Səbail |
5 |
3 |
1 |
1 |
7-6 |
10 |
|
3 |
Keşlə |
5 |
2 |
1 |
2 |
6-3 |
7 |
|
4 |
Zirə |
5 |
2 |
1 |
2 |
5-6 |
7 |
|
5 |
Sumqayıt |
5 |
2 |
0 |
3 |
5-7 |
6 |
|
6 |
Neftçi |
5 |
1 |
2 |
2 |
3-5 |
5 |
|
7 |
Qəbələ |
5 |
1 |
1 |
3 |
2-10 |
4 |
|
8 |
Sabah |
5 |
0 |
2 |
3 |
2-5 |
2 |
Bombardirlər: İsmayıl İbrahimli ("Qarabağ"), Mehdi Şərifi ("Sumqayıt"), Lorenzo Frutos ("Keşlə"), Mirabdulla Abbasov ("Səbail") - 3 qol.