Bank Of Baku

UEFA 2018/2019 mövsümünün ən yaxşısı adına namizədlərin adlarını açıqlayıb

UEFA 2018/2019 mövsümünün ən yaxşısı adına namizədlərin adlarını açıqlayıb
# 15 avqust 2019 16:55 (UTC +04:00)

UEFA 2018/19 mövsümün ən yaxşı kişi futbolçu adına namizədlərin adlarını açıqlayıb. 

APA-nın məlumatına görə, siyahıda 3 oyunçu yer alıb. 

Bunlar “Yuventus”un hücumçusu Kriştianu Ronaldo, “Barselona”nın kapitanı Lionel Messi və “Liverpul”un müdafiəçisi Vircil van Diykdir. Onların hansının qalib olacağı avqustun 29-da Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. 

Qeyd edək ki, Monakoda baş tutacaq tədbirdə mövsümün ən yaxşı qadın futbolçusunun da adı bəlli olacaq. Bu ada Lyusi Bronz, Ada Hederberq və Amandin Anri iddialıdırlar. Hər 3 fufbolçu Fransa “Lion”unun üzvləridir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR