Bank Of Baku

UEFA Argentina yığmasını Avropa Millətlər Liqasına dəvət edib

UEFA Argentina yığmasını Avropa Millətlər Liqasına dəvət edib
# 08 iyul 2019 13:35 (UTC +04:00)

Argentina milli komandası Amerika kubokunda çıxış etməyi dayandıra bilər.

APA-nın xarici mətbuata istinadən məlumatına görə, buna Braziliyada təşkil olunan sonuncu turnirdə yaşanan qalmaqal səbəb olub.

Lionel Messinin Cənubi Amerika Futbol Konfederasiyasını (KONMEBOL) korrupsiyada ittiham etməsindən sonra qurumla Argentina Futbol Federasiya arasında münaqişə yaranıb. Bu qalmaqalı izləyən UEFA-nın Argentinaya Avropa Millətlər Liqasında iştirak etmək üçün dəvət göndərdiyi bildirilir. 

Qeyd edək ki, Çili ilə 3-cü yer uğrunda qarşılaşmanın 37-ci dəqiqəsində qırmızı vərəqə alan L.Messi mükafatlandırma mərasimində iştirak etməkdən boyun qaçırıb. O, KONMEBOL və hakimləri korrupsiyada ittiham etməsi üzündən iki illik yığmadan kənarlaşdırıla bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR