Bank Of Baku

UEFA Azərbaycanı C liqasına yüksəldib

UEFA Azərbaycanı C liqasına yüksəldib
# 24 sentyabr 2019 22:26 (UTC +04:00)

UEFA Millətlər Liqasının formatını dəyişib.

APA-nın məlumatına görə, 2020-21 mövsümündə ilk üç – A, B, C divizionun hərəsində 16 komanda mübarizə aparacaq.

D divizionunda isə ən zəif 7 yığma çıxış edəcək.

Hərçənd 2018-19 mövsümündə ilk iki liqanın hərəsində 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmışdı.

Bu islahatlar Azərbaycan yığmasına da təsir edib. D liqasında çıxış edib, qrupunda 2-ci olduğu üçün yenidən həmin divizionda çıxış etməliydi.

Lakin islahatlar sayəsində millimiz C liqasına yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR