Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyevin təşəbbüsü və təşkilatçılığı ilə Kvemo Kartli bölgəsində yaşayan azərbaycanlı gənclər iyunun 13-dən 14-nə keçən gecə Tiflisdə baş verən təbii fəlakətdən zərərçəkən ailələrə yardım göstəriblər.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, iyunun 26-da ərzaqla dolu maşınlar Marneulidən Tiflisə yola salınıb və zərərçəkən ailələrə çatdırılıb. Azərbaycanlı gənclərin yardımı Gürcüstanın televiziya kanalları və saytlarında işıqlandırılıb.
Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev APA-ya açıqlamasında bildirib: " Biz fəlakətdən zərərçəkən ailələrə yardım kampaniyasına başlamışıq. Yardıma müxtəlif növ ərzaq, meyvə və tərəvəz, un və süd məhsulları və s. daxildir. Tiflis şəhər meriyası tərəfindən qeydə alınan və ən çox ehtiyaclı ailələrə yardım etməyə davam edəcəyik".