Rusiya milli komandasının futbolçusu Denis Çerışevin İspaniyanın “Valensiya” klubuna keçidi rəsmiləşib.
APA-nın məlumatına görə, yarımmüdafiəçi ilə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Anlaşmada futbolçunun komandadan getməsi üçün ödənilməli məbləğ 80 milyon avro kimi göstərilib.
28 yaşlı rusiyalı rəsmi müqavilə imzalamazdan “yarasalar”ın düşərgəsinə qoşularaq, məşqlərində iştirak edirdi. “Valensiya”nın D.Çerışevin sabiq komandası olan “Vilyarreal”la razılıq əldə etməsi buna imkan yaratmışdı.