Səfir Kəlbəcərdə tutulan Dilqəm Əsgərovun Rusiya vətəndaşı olub-olmaması məsələsinə aydınlıq gətirib - VİDEO

Səfir Kəlbəcərdə tutulan Dilqəm Əsgərovun Rusiya vətəndaşı olub-olmaması məsələsinə aydınlıq gətirib - <span style="color: red;">VİDEO
# 23 iyul 2014 11:22 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar arasında Rusiya Federasiyasının vətəndaşı yoxdur.

APA-nın Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya səfiri Vladimir Doroxin Milli Məclis sədrinin müavini Bahar Muradovaya ünvanladığı məktubunda bildirib.

“Rəsmi olaraq Sizə məlumat verirəm ki, Kəlbəcərdə baş vermiş insident zamanı tutulanlar arasında Rusiya Federasiyasının vətəndaşı yoxdur”, - deyə V. Doroxin məktubunda yazıb.

Qeyd edək ki, Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması barəsində məlumatlar yayılıb.

B. Muradova da mətbuata müsahibəsində Rusiyanı öz vətəndaşının taleyinə biganə qaldığına görə tənqid edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR