Bank Of Baku

“Yuventus”un futbolçusu Azərbaycanla oyunu buraxacaq

“Yuventus”un futbolçusu Azərbaycanla oyunu buraxacaq
# 27 avqust 2019 16:46 (UTC +04:00)

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Uels millisi itki ilə üzləşib.

APA-nın məlumatına görə, böyük britaniyalılar təcrübəli futbolçu Aron Remsinin xidmətindən məhrum olub.

O, sentyabrın 6-da Azərbaycanla AVRO-2020-nin seçmə oyunu və üç gün sonra Belarusla yoxlama görüşü üçün açıqlanan heyətdən kənarlaşdırılıb. Bu ilin aprelində İngiltərə “Arsenal”ında çıxış etdiyi vaxt zədələnən A.Remsi həmin vaxtdan heç bir görüşdə 90 dəqiqə forma geyinməyib. Oyun praktikası olmadığı üçün baş məşqçi Rayan Giqqz onu heyətdən çıxarmağı məqsədəuyğun sayıb.

“Yuventus”a keçidindən sonra uelsli yalnız bir yoxlama oyununda 20 dəqiqə iştirak edib. A.Remsini millinin heyətində Dilan Levitt əvəzləyib. O, U-21-dən əsas komandaya keçirilib.

Qeyd edək ki, Uels millisi hər iki oyunu Kardiffdə keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR