Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Zirə” bu gün növbəti yoxlama oyununu keçirib.
APA-nın məlumatına görə, paytaxt təmsilçisi Qətərin “Əl-Vakrah” klubu ilə üz-üzə gəlib.
Üç qolun vurulduğu matçda Asiya təmsilçisi qalib gəlib. Erkən qolla hesabı açan bakılılar üstünlüyü qoruya bilməyiblər – 1:2.
Qeyd edək ki, bu, "Zirə"nin Türkiyədə 4-cü yoxlama görüşü olub. Premyer Liqa klubu bunadək Rumıniya "Konkordiya"sı (0:0), Türkiyə "Adana Dəmirspor"u (2:3) və Nigeriya “Hartlend”i (5:0) ilə qarşılaşıb.