“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
APA-nın məlumatına görə, Bakı təmsilçisi Soni Norde ilə anlaşıb.
29 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.
Haitili futbolçu bundan öncə “Boka Xuiors B”(Argentina), “San Luis B”, “Altamira” (hər ikisi Meksika), SRKC (Banqladeş), “Mohun Baqan” və “Mumbay Siti” (hər ikisi Hindistan) klublarında çıxış edib.
"Zirə" haitili hücumçu ilə müqavilə imzalayıb
16 iyul 2019 17:01 (UTC +04:00)