“Zirə” rəhbərliyi və baş məşqçi Samir Abasov arasında görüş keçirilib.
APA-nın məlumatına görə, görüş zamanı paytaxt təmsilçisinin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub.
Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb.
2018/19 mövsümünün startından az sonra bu posta təyin olunan S.Abasov təxminən bir il “Zirə”ni çalışdırıb.
Qeyd edək ki, “Zirə” cari mövsümdə baş məşqçisi ilə yollarını ayıran 3-cü komandadır. Bunadək “Qəbələ” Sənan Qurbanovla, “Sabah” Elşad Əhmədovla vidalaşıb. Hər iki komanda bu posta müvəqqəti baş məşqçi qoyub və axtarışları davam etdirir.