Bakının “Zirə” klubu Türkiyədə təşkil olunan təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşünü keçirib.
APA-nın məlumatına görə, paytaxt təmsilçisi Nigeriyanın "Heartland" klubu ilə qarşılaşıb.
Bakılıların üstünlüyü ilə keçən görüşdə 5 qol vurulub. Samir Abasovun yetirmələri Afrika klubunu darmadağın ediblər. Nigeriyalılarla matçda Miloş Bakraç, Nicat Süleymanov, Şafik Tiqrudca-pen, Robin Nqalande və Tellur Mütəllimov qol sevinci yaşayıb.
Qeyd edək ki, bu, "Zirə"nin toplanış çərçivəsində ilk qələbəsi olub. Bunadək Rumıniya "Konkordiya"sı ilə qolsuz heç-heçə edən zirəlilər Türkiyə "Adana Dəmirspor"una 2:3 hesabı ilə məğlub olub.