Bakının “Zirə” klubu yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
APA-nın məlumatına görə, paytaxt təmsilçisi Anastasios Papazoğlu ilə anlaşıb.
30 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Yunanıstanlı futbolçu bundan öncə vətənində “Panserrakios”, “Olimpiakos”, “Ksanti”, “Panetolikos”, “Apollon” və OFİ, Kiprdə APOEL-də çıxış edib.