Bakının "Zirə" klubunun futbolçusu Robin Nqalande milli komandaya dəvət alıb.
APA-nın məlumatına görə, 27 yaşlı hücumçu Malavi yığmasına çağırılıb.
O, komandasının noyabrda keçiriləcək iki oyununda iştirak imkanı əldə edib. Malavi millisi Afrika Millətlər Kubokunun təsnifat mərhələsində noyabrın 13-də Cənubi Sudan, 19-da isə Uqanda ilə görüşəcək.