ABŞ-ın “Los-Anceles Qalaksi” klubunun futbolçusu Zlatan İbrahimoviç bütün dövrlərin rəmzi komandasını tərtib edib.
APA-nın məlumatına görə, isveçli ulduz öz sosial şəbəkəsində paylaşdığı “11-lik”də bütün mövqelərə özünü qoyub.
37 yaşlı hücumçu bu komandaya baş məşqçinin də kimliyi barədə qeydini unutmayıb: “Mənim bütün dövrlər üçün komandamdır. Yalnız baş məşqçini müəyyənləşdirmək qalıb. Yəqin ki, bu, Zlatan olacaq”.
Qeyd edək ki, 2018-ci ildən Şimali Amerikada çıxış edən Z.İbrahimoviç karyerası ərzində “Malmö” (İsveç), “Ayaks” (Hollandiya), “Yuventus”, “İnter”, “Milan” (hamısı İtaliya), “Barselona” (İspaniya), PSJ (Fransa), “Mançester Yunayted” (İngiltərə) klublarında, həmçinin İsveç millisində forma geyinib.