Bank Of Baku

Bakıda və Dəvəçidə baş verən yol qəzalarında 3 nəfər ölüb

Bakıda və Dəvəçidə baş verən yol qəzalarında 3 nəfər ölüb
# 05 sentyabr 2008 11:31 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 4-də saat 20.15 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində, Miramil Seyidov "Mercedes" markalı avtomaşını idarə edrəkən onu yolun kənarında dayanan Bakıxanov qəsəbə sakini İlyas Vəliyevə məxsus "Mercedes" markalı avtomaşına vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə M. Seyidov hadisə yerində ölüb. Həmin gün saat 11.00 radələrində Səbayel rayonunun Q. Abbasov küçəsində, Cəbrayıl rayon sakini Nicat Fərəcov "VAZ-2106" markalı avtomaşını idarə edərkən, şəhər sakinləri Ağalar Şahbazovu və Sona Axundovanı vurub. Nəticədə xəsarət alan A. Şahbazov və S. Axundova xəstəxanaya yerləşdiriliblər. A. Şahbazov orada ölüb. Sentyabrın 4-də saat 17.00 radələrində isə Dəvəçi rayonunun Təzəkənd kəndi ərazisində, Quba şəhər sakini Nizami Bağırovun idarə etdiyi "VAZ-2109" markalı və Bakı şəhər sakini Dilarə Quliyevanın idarə etdiyi "KİA" markalı avtomaşınların toqquşması nəticəsində xəsarət alan N. Bağırov xəstəxanaya aparılarkən yolda ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR