Bank Of Baku

Azərbaycanın tanınmış aktyorunun oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycanın tanınmış aktyorunun oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib
# 05 sentyabr 2008 12:09 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mayıl Bayramovun sədrliyi ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu Emil Rəhmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək məhkəmədən E. Rəhmanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib. Daha sonra prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə E. Rəhmanov 6 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, məhkəmə onun 3 min manat cərimə olunması barədə də qərar verib.
Qeyd edək ki, soyğunçuluq etməkdə təqsirləndirilən E. Rəhmanov Bakının Nəsimi rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. E. Rəhmanov "Azəri Star" mahnı müsabiqəsinin iştirakçısı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR