Bank Of Baku

Bələdiyyə sədri 8 il müddətinə azadlıqdan məhrum edilib

Bələdiyyə sədri 8 il müddətinə azadlıqdan məhrum edilib
# 05 sentyabr 2008 12:38 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə rüşvət almaqda təqsirləndirilən Bakı şəhər Binəqədi rayonu Məmməd Əmin Rəsulzadə bələdiyyəsinin sabiq sədri Məcnun Əliyevə və bələdiyyənin əməkdaşlarına hökm oxunub. APA-nın xəbərinə görə, məhkəmənin hökmü ilə Məcnun Əliyev 8, bələdiyyənin təsərrüfat bölməsinin müdiri Aydın İsmayılov 3, təsərrüfat bölməsinin aparıcı mütəxəssisi Nizami Əzizov 6, təsərrüfat bölməsinin alqı-satqı işləri ilə məşğul olan əməkdaşı Nuru Məmmədov 5 və bələdiyyənin digər əməkdaşı İnqilab Ağalarov 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilənlər vətəndaşların şikayət ərizələri əsasında bu il yanvarın 23-də həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi üzrə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR