Bank Of Baku

Etimad İsmayılovun məhkəməsi davam etdirilib

Etimad İsmayılovun məhkəməsi davam etdirilib
# 22 oktyabr 2008 08:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılovun işi üzrə məhkəmə iclası keçirib. E. İsmayılovun vəkili Mixail Boqomolovun APA-ya verdiyi məlumata görə, oktyabrın 21-də Çelyabinsk məhkəməsində keçirilən iclasa müttəhimlər - “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi Etimad İsmayılov, “Russkaya Zernovaya Kompaniya”nın baş direktoru, Ukrayna vətəndaşı Vladimir Quzov və bu şirkətin vasitəçilik fəaliyyətini həyata keçirən strukturunun rəhbəri Abbas Cəfərov qatılmayıblar. İclasda müttəhimlərin müdafiəsini təmin edən V. Quzovun vəkili Cərulla Ramazanov iştirak edib. Ümumiyyətlə isə müttəhimlərin hamısı ibtidai istintaqın və məhkəmənin gedişinə etiraz əlaməti olaraq, müdafiədən imtina ediblər. M. Boqomolov deyib ki, məhkəmənin məcburi şəkildə E. İsmayılova təhkim etdiyi vəkil isə işlə tanış olmaq üçün hakimdən nəzərdə tutulduğundan daha çox vaxt istəyib. M. Boqomolovun sözlərinə görə, məhkəmə iclaslarında müttəhimlərdən yalnız “Prodkorporasiya” şirkətinin direktoru Vladimir Şvadçenko iştirak edir. V. Şvadçenko da digər təqsirləndirilənlər kimi məhkəmə heyətinə etimadsızlıq nümayiş etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR