Bank Of Baku

Xalq artisti İlhamə Quliyevanın oğlunun və daha 13 nəfərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə baxışı təxirə salınıb

Xalq artisti İlhamə Quliyevanın oğlunun və daha 13 nəfərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə baxışı təxirə salınıb
# 22 oktyabr 2008 08:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov və Yalçın Həsənov və daha 11 nəfərin (ümumilikdə 14 nəfər) cinayət işi üzrə bu günə təyin olunan məhkəmə baxışı təxirə salınıb. APA-nın məlumatına görə, prosesə sədrlik edən hakim Azər Orucov təqsirləndirilən şəxslərin vəkillərinin prosesdə iştirak etmədiyini nəzərə alaraq məhkəmə baxışının noyabrın 5-nə təxirə salındığını açıqlayıb. Təqsirləndirilən şəxslər məhkəmənin bu qərarına etirazlarını bildiriblər.
Qeyd edək ki, ittiham aktına əsasən Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev və Ruslan Zalıyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Qeyd edək ki, təqsirləndirilən şəxslər bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR