Bank Of Baku

Ədliyyə orqanlarına işə qəbul olmaq istəyən namizədlərlə söhbət mərhələsi oktyabrın 27-də başlanacaq

Ədliyyə orqanlarına işə qəbul olmaq istəyən namizədlərlə söhbət mərhələsi oktyabrın 27-də başlanacaq
# 22 oktyabr 2008 08:56 (UTC +04:00)
Bakı-APA. Ədliyyə orqanlarına işə qəbul üzrə keçirilən test imtahanında müvəffəqiyyət qazanan 99 namizədlə söhbət mərhələsi oktyabrın 27-də başlanacaq. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Ədliyyə orqanlarına işə qəbul üzrə Müsabiqə Komissiyasının dünən keçirilən iclasında söhbət mərhələsinə başlanması ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, qaydalara müvafiq olaraq Ədliyyə Nazirliyinin inzibati binasında keçiriləcək söhbətə dəvət edilən hər bir namizədə söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR