Bank Of Baku

Əmisinin həyat yoldaşını zorlayaraq öldürən Yevlax sakini 15 il müddətinə azadlıqdan məhrum edilib

Əmisinin həyat yoldaşını zorlayaraq öldürən Yevlax sakini 15 il müddətinə azadlıqdan məhrum edilib
# 22 oktyabr 2008 13:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Əmisinin həyat yoldaşını zorlayaraq öldürən Yevlax sakini 15 il müddətinə azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə əmisinin həyat yoldaşını zorlayaraq öldürən Yevlax rayon sakini Bəhruz İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin məhkəmədən B. İsmayılovun cəzasının ilk 5 ilini qapalı, 10 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib. Məhkəmənin hökmü ilə B. İsmayılov 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hakim həmçinin təqsirləndirilən şəxsin cəzasının ilk 4 ilini qapalı, 11 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyini elan edib.
Qeyd edək ki, B. İsmayılov 2008-ci il iyun ayının 12-də əmisinin evinə pəncərədən daxil olaraq 52 yaşlı Roza Bədəlovanı döyərək zorlayıb. Ardınca isə onu 12 yaşlı qardaşı oğlu Taleh Bədəlovun gözləri qarşısında boğaraq öldürüb. Hadisə zamanı B. İsmayılovun əmisi Əliş Mahmudov isə Rusiyada olub. Həmçinin B. İsmayılov qətli törədəndən sonra mərhumun qızıl-zinət əşyalarını, 60 manat pulunu və mobil telefonunu götürərək Bakı şəhərinə qaçıb. Cinayətkara qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 149.1-ci (zorlama), 181.1-ci (quldurluq) maddələri ilə ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR