Bank Of Baku

Bakıda axtarışda olan şəxs Qusar rayonunda həbs edilib

Bakıda axtarışda olan şəxs Qusar rayonunda həbs edilib
# 22 oktyabr 2008 14:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Zorlama faktı ilə bağlı Bakıda axtarışda olan şəxs Qusar rayonunda həbs edilib. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Qoşqar Qamboy oğlu Ağalarov Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə axtarışda olub. Məlumata görə, təqsirləndirilən şəxs bu ilin avqust ayında Qaradağ rayonunda adının açıqlanmadığı qızı zorlayaraq Bakı şəhərini tərk edib. Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin Qusar polisi ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Q. Ağalarovun gizləndiyi yer müəyyən edilib. O, Qusar rayonunda həbs edilərək Bakıya gətirilib. Hazırda Qaradağ rayon Prokurorluğunda Q. Ağalarov barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR