Bank Of Baku

Dələduzluq yolu ilə "Mercedes" markalı avtomaşınların ələ keçirilməsi faktı aşkarlanıb

Dələduzluq yolu ilə "Mercedes" markalı avtomaşınların ələ keçirilməsi faktı aşkarlanıb
# 22 oktyabr 2008 15:13 (UTC +04:00)
Bakı-APA. Samux rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qoşqusunda "VAZ-2106" markalı avtomaşın olan "Asiya" markalı avtomaşın saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avtomaşının yük yerinə baxış zamanı orada dövlət qeydiyyat nişanları olmayan "Mercedes" markalı avtomaşın aşkar edilib. "VAZ-2106" markalı avtomaşının sürücüsü hadisə yerindən qaçıb. "Asiya" markalı avtomaşının sürücüsü, Gəncə şəhər sakini Tariyel İsgəndərov verdiyi izahatda "Mercedes" markalı avtomaşının Tatlı kənd sakini Mətləb Səfərova məxsus həyətdən götürdüyünü bildirib. M. Səfərovun həyətinə baxış zamanı dövlət qeydiyyat nişanları olmayan digər "Mercedes" markalı avtomaşın aşkar edilib. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Səfərovun həyətində aşkar edilmiş avtomaşınların Yevlax rayon sakini Elşad Həsənova məxsus olması və onun Gəncə şəhər sakini Seymur Verdiyev tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi müəyyən edilib. S. Verdiyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun bu ilin iyun ayında Gəncə şəhər sakini Rövşən Şahnəzərov və Bərdə rayon sakini Raqub Əkbərovla birgə, Gəncə şəhər sakinləri Sahib Zeynalovun və Elnur Allahverdiyevin etimadlarını qazanaraq onlara məxsus "Mercedes" markalı avtomaşınları ələ keçirmələri müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR