Bank Of Baku

Füzulidə və Bərdədə baş verən yol qəzalarında 3 nəfər ölüb

Füzulidə və Bərdədə baş verən yol qəzalarında 3 nəfər ölüb
# 05 noyabr 2008 10:58 (UTC +04:00)
Bakı-APA. Noyabrın 4-də Füzuli rayonunun Horadiz şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 19.00 radələrində Füzuli rayonunun Horadiz şəhərində, rayon sakini Etibar Yusifov "VAZ-21011" markalı avtomaşını idarə edərkən həmyerliləri Maral Sadıqovanı və Əli Sadıqovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən M. Sadıqova orada ölüb. Həmin gün Füzuli rayonunun Kərimbəyli kəndində rayon sakinləri Orxan Əliyevin idarə etdiyi "Nissan" markalı və İkram Ağayevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış İ. Ağayev və sərnişinləri, rayon sakinləri Ramiz Behbudov, Elçin Həsənov və Dayandur Niftalıyev xəstəxanaya yerləşdiriliblər. İ. Ağayev orada dünyasını dəyişib. Dünən Bərdə rayonunun Piyadalar kəndində, Kəlbəcər rayon sakini Etibar Bədəlov "T-28" markalı traktoru idarə edərkən qoşquda olan Kətəlparaq kənd sakini Əlibəy Bayrmov ehtiyatsızlığı nəticəsində onun altına düşüb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Ə. Bayramov orada ölüb. Faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR