Bank Of Baku

DİN-in idarə rəisi: “Özəl mühafizə xidmətlərinin əməkdaşlarının bəzilərinin davranışında qeyri-etik normalara rast gəlinir”

DİN-in idarə rəisi: “Özəl mühafizə xidmətlərinin əməkdaşlarının bəzilərinin davranışında qeyri-etik normalara rast gəlinir”
# 05 noyabr 2008 11:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Azərbaycanda 25-ə yaxın özəl mühafizə şirkəti fəaliyyət göstərir. Bu barədə APA-ya açıqlamasında Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi Mədəd Quliyev məlumat verib. M. Quliyevin sözlərinə görə, həmin şirkətlərdə ümumilikdə 15 minə yaxın mühafizəçinin fəaliyyət göstərməsi haqda məlumatlar var: “Özəl mühafizə xidmətlərinin bəzilərinin əməkdaşları polis nəfərlərinin geyim formasında olurlar. Hansı ki, bu yolverilməzdir. Özəl mühafizə xidmətlərinin əməkdaşlarının bəzilərinin davranışında qeyri-etik normalara da rast gəlinir. Onların heç birinə silah verilmir. Ancaq bəzi özəl mühafizə xidmətləri polisin geyimini geyir, psixoloji təsir göstərmək üçün qaz tapançası və buna oxşar oyuncaq tapançalar götürürlər. Daxili işlər orqanlarına belə bir məlumat daxil olduqda onları saxlayır və barələrində müvafiq tədbirlər görürülür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR