Bank Of Baku

Bakıda adam oğurluğunda təqsirli bilinən qadın tutulub

Bakıda adam oğurluğunda təqsirli bilinən qadın tutulub
# 06 noyabr 2008 07:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycanda adam oğurluğunda təqsirli bilinən qadın həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1967-ci il təvəllüdlü Bahar Əziz qızı Cəfərova uzun müddət axtarışda olub. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nəsimi rayon Polis İdarəsi ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində B. Cəfərova paytaxtda saxlanılıb. O, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə təqsirli bilinir. Faktla bağlı B. Cəfərova barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR