Bank Of Baku

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 06 noyabr 2008 07:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda ölümlə nəticələnən yol-qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nizami rayonu ərazisində, Babək prospektində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Orxan Allahverdi oğlu Nəcəfov idarə etdiyi “Mercedes” markalı, 10 RF 942 dövlət nişanlı maşınla yolu keçmək istəyən piyada, 1968-ci il təvəllüdlü Naib Bədəl oğlu Babayevi vurub. N. Babayev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR