Bank Of Baku

Lənkəranda baş verən yol qəzasından 9 yaşlı məktəbli ağır xəsarət alıb

Lənkəranda baş verən yol qəzasından 9 yaşlı məktəbli ağır xəsarət alıb
# 06 noyabr 2008 08:15 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəran-Lerik avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər Polis Şöbəsinin müstəntiqi Famil Həsənov məlumat verib. Onun sözlərinə görə, hadisə Lənkəran rayonunun Rvo kəndi ərazisində qeydə alınıb. Lerik rayonunun Hovil kənd sakini, 1986-cı il təvəllüdlü Ruslan Xansuvar oğlu Heydərovun idarə etdiyi “UAZ-31519” markalı, 43 BB 054 dövlət nömrə nişanlı avtomaşın yolu keçmək istəyən Rvo kənd sakini, 1999 - cu il təvəllüdlü Emin Hidayət oğlu Ramazanovu vurub. Daha sonra maşın yolun kənarına çıxaraq çevrilib. Avtomaşında olan daha iki sərnişin, Lerik rayon sakinləri, 1984-cü il təvəllüdlü Gülbəniz Maqsud qızı Rəfiyeva və 1982- ci il təvəllüdlü Həsənağa Maqsud oğlu Rəfiyev aldıqları xəsarətlərlə bağlı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Kəllə-beyin travması almış 9 yaşlı Emin Ramazanov dərhal müalicə üçün Bakıya göndərilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR