Rafiq Tağının ailə üzvləri Baş Prokurorluqda olublar
09 aprel 2012 16:02 (UTC +04:00)
Bu barədə APA-ya yazıçının qardaşı İlqar Tağıyev məlumat verib. İ. Tağıyev bacısı Yeganə Tağıyeva və Rafiq Tağının həyat yoldaşının Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin böyük müstəntiqi Nadir Mirzəyevlə görüşdüklərini deyib: “Görüş zamanı Nadir Mirzəyev bildirib ki, cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Bütün tədbirlər görülür. Lakin hər hansı yenilik yoxdur”.
İ. Tağıyev istintaqın gedişindən narazı olduqlarını və yaxın günlərdə növbəti dəfə prezident İlham Əliyevə müraciət edəcəklərini söyləyib: “Biz həkimlərin səhlənkarlığından narazıyıq. Hesab edirik ki, həkimlər Rafiq Tağıya səhlənkar yanaşıblar. Həmçinin istintaqın daha ətraflı aparılması barədə Rafiq Tağının ailəsi adından növbəti dəfə prezidentə müraciət edəcəyik”.
Xatırladaq ki, Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb, noyabrın 23-də müalicə olunduğu Klinik Tibbi Mərkəzdə vəfat edib.

Hadisə
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb - VİDEO
18:21
18 may 2024
Cəlilabadda canavarlar 6 qoyunu parçalayıb, 4-ü xəsarət alıb
17:11
18 may 2024
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub - YENİLƏNİB
15:44
18 may 2024
Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir - VİDEO
14:27
18 may 2024