Azərbaycanda 75 yaşlı qadın intihar edib
02 avqust 2012 08:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Bərdə rayonunda intihar hadisəsi baş verib. Bərdə rayon prokurorluğundan APA-ya verilən məlumata görə, Bərdə rayonunda yerləşən Meşəçilik İnstitutunun həyətində məskunlaşan, məcburi köçkün, 1937-ci il təvəllüdlü İsmayılova Şəkurə Vəli qızı özünü ağacdan asaraq intihar edib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.