Bank Of Baku

Eldar Əzizov: “İnam” Ticarət Mərkəzini köçürməkdə məqsədimiz şəhər mərkəzində tıxacların qarşısını almaqdır”

Eldar Əzizov: “İnam” Ticarət Mərkəzini köçürməkdə məqsədimiz şəhər mərkəzində tıxacların qarşısını almaqdır”
# 14 dekabr 2006 09:35 (UTC +04:00)
“Gəncə çayının sahilində yerləşən “İnam” Ticarət Mərkəzinin həmin ərazidən təcili olaraq köçürməsəydik, sonradan orada yaranan tıxacların qarşısını heç cür almaq mümkün olmayacaqdı. Təbii ki, “Nəhəng Daş” yarmarkasında analoji problemlərlə üzləşməmək üçün hələ çox iş görülməlidir”. APA-nın Qərb bürosunun məlumatına görə, bu fikirləri Gəncə şəhərində yeni istifadəyə verilmiş yarmarkanın fəaliyyəti ilə tanış olan şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov söyləyib. Yeni Gəncə qəsəbəsində istifadəyə veriləcək yarmarkanın tikintisi ilə maraqlanan icra hakimiyyətinin başçısı burada mövcud vəziyyətin qənaətbəxş olmadığı barədə ticarət işçilərinin iradları ilə razılaşıb: “Yeni ticarət obyektində normal şərait yaratmaq üçün hələ çox iş görülməlidir. İlk növbədə əraziyə asfalt örtüyü salınmalı, ətraf ərazilər yaşıllaşdırılmalıdır. Ən əsası isə, burada da “İnam” Ticarət Mərkəzinin ətrafındakı vəziyyətin yaranmamağı üçün obyektin çöl qapılarının yeri dəyişdirilməlidir. Qapı birbaşa avtomobil yoluna açıldığından gələcəkdə burada da tıxaclar yarana bilər. Bu problemin qarşısı indidən alınmalıdır”. “Nəhəng daş” ticarət mərkəzinin rəhbəri Əli İsmayılov qeyd olunan məsələlərin qısa müddətdə həllini tapacağını, ticarət mərkəzinin yanvar ayına kimi tam istifadəyə veriləcəyini deyib. “Burada ticarətlə məşğul olan insanların narahatçılığı üçün heç bir əsas yoxdur. Burada ilk növbədə “İnam” Ticarət Mərkəzindən köçürülən obyektlərin sahiblərin üçün yer ayrılacaq, onlar tam yerləşdikdən sonra isə digər şəxslər yerlə təmin ediləcəklər. Ticarət mərkəzində bir çox xüsusi imtiyaza malik olar şəxslər, yəni veteranlar və şəhid ailələri üçün də yer ayrılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR