Bank Of Baku

“Azadlıq” qəzeti “Azərbaycan” Nəşriyyatının binasından çıxmaq niyyətindədir

“Azadlıq” qəzeti “Azərbaycan” Nəşriyyatının binasından çıxmaq niyyətindədir
# 14 dekabr 2006 09:37 (UTC +04:00)
“Azadlıq” qəzetinin redaksiyası “Azərbaycan” Nəşriyyatının binasından çıxmaq niyyətindədir. Bu barədə APA-ya qəzetin baş redaktoru Qənimət Zahid məlumat verib. Onun sözlərinə görə, artıq qəzet rəhbərliyi nəşriyyatın binasından kənarda yer axtarışına başlayıb. “Azadlıq”ın “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərməsini mümkünsüz sayan Q. Zahid bunu həm də qəzetə verilmiş otaqların bərbad vəziyyətdə olması ilə əlaqələndirib: “Həmin otaqları təmir etmək üçün bir neçə min dollar pul lazımdır. Amma bizim olmayan bir yerə pul xərcləmək fikrində deyilik. Çünki həmin otaqları təmir etdikdən sonra bu hökumət istədiyi vaxt bizi oradan çıxara bilər”. Q. Zahid bildirib ki, şəhərin mərkəzində yer kirayələməyə imkanları olmadığından digər uyğun yerlərdə ofis axtarırlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR