Bank Of Baku

Sabah Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Rusiyaya casusluq etməkdə təqsirləndirilən ehtiyatda olan zabitin məhkəməsi başlayacaq

Sabah Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Rusiyaya casusluq etməkdə təqsirləndirilən ehtiyatda olan zabitin məhkəməsi başlayacaq
# 14 dekabr 2006 10:08 (UTC +04:00)
Sabah Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Rusiyanın xüsusi xidmət orqanlarına casusluq etməkdə təqsirləndirilən Azərbaycan Ordusunun ehtiyatda olan zabiti Pyotr Mocalovun işi üzrə məhkəmə prosesi başlayacaq. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Proses hakim Mürsəl Əliyevin sədrliyi ilə qapalı keçiriləcək. İttiham aktına əsasən, dövlətə xəyanətdə ittiham olunan P. Mocalov maddi gəlir əldə etmək məqsədilə Azərbaycanın hərbi və dövlət sirlərini Rusiyaya verib. 1961-ci ildə Bakıda anadan olmuş P. Mocalov keçmiş SSRİ ordusunda xidmət edib. Hərbi təhsilini Sankt-Peterburqda alıb. 1992-ci ildən Azərbaycan Ordusunda xidmət etməyə başlayıb, 1998-ci ildə isə kapitan rütbəsi ilə ehtiyata buraxılıb. Araşdırmalar nəticəsində onun Naxçıvanda yerləşən “N” saylı hərbi hissənin qərargah rəisinin köməkçisi işləyərkən hər birinin müqabilində 300-400 dollar aldığı məlumatları Rusiya tərəfə ötürürdüyü müəyyənləşib. O, ötən ilin oktyabrında həbs olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR