Bank Of Baku

Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev son bir ildə istintaqa çağırılmayıb

Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev son bir ildə istintaqa çağırılmayıb
# 14 dekabr 2006 10:18 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev son bir ildə istintaqa çağırılmayıb. Bu barədə APA-ya akademikin özü məlumat verib. İstintaqın gedişi barədə heç bir məlumata malik olmadığını deyən E. Salayev bildirib ki, onunla bağlı heç bir istintaq hərəkəti aparılmır. Akademik səhhətində xeyli irəliləyişin olduğunu qeyd edib: “Ev şəraitində müalicəm davam edir. Amerikadakı həkimimdən lazımi məsləhətləri alıram. Hələlik xaricə getməyimə ehtiyac yoxdur. İstintaq orqanından bildiriblər ki, lazım olanda xaricə gedib-gələ bilərəm. Bunun üçün hər dəfə xüsusi icazə almaq lazım deyil”. Akademik onu da deyib ki, mətbuatda Milli Elmlər Akademiyasının akt zalından onun şəklinin çıxarılması barədə yayılan məlumatlar həqiqətəuyğun deyil: “Yazıblar ki, guya Akademiyanın prezidenti Mahmud Kərimovun tapşırığı ilə mənim şəklimi zaldan çıxarıblar. Belə bir şey yoxdur. Akademiyanın prezidenti olanda tapşırmışdım ki, zaldan yalnız vəfat edən sabiq prezidentlərin portretləri asılsın. Mənim şəklim heç vaxt orada olmayıb ki, indi də çıxarılsın”.
Qeyd edək ki, dövlət çevrilişinə cəhddə və kütləvi iğtişaşlar törətməkdə ittiham edilərək həbs olunan E. Salayev barəsində seçilmiş həbs-qətimkan tədbiri onun səhhəti ilə əlaqədar dəyişdirilib. Akademik ABŞ-da və Türkiyəyədə müalicə alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR