Bank Of Baku

Aclıq aksiyası keçirən Azərbaycan ordusunun zabiti rütbəsinə uyğun vəzifəyə təyin olunub

Aclıq aksiyası keçirən Azərbaycan ordusunun zabiti rütbəsinə uyğun vəzifəyə təyin olunub
# 14 dekabr 2006 10:34 (UTC +04:00)
Aclıq aksiyası keçirən Azərbaycan Silahlı Qüvvələrinin zabiti, polkovnik-leytenant Azər Qasımov rütbəsinə uyğun vəzifəyə təyin olunub. Bu barədə APA-ya Azər Qasımovun Hüquqlarını Müdafiə Komitəsinin üzvü Üzeyir Cəfərov məlumat verib. Ü. Cəfərovun sözlərinə görə, A. Qasımov Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının təqdimatı və müdafiə nazirinin əmri ilə Naxçıvan korpusundan Bakıya çağırılaraq öz ixtisası üzrə hərbi hissələrdən birinə komandir müavini təyin edilib. A. Qasımov komandanlığın qərarı ilə razılaşıb.
Qeyd edək ki, A. Qasımov rütbəsinə uyğun gəlməyən vəzifəyə təyin edilməsi, orduda haqsızlıqlara məruz qalması və səhhətini əsas gətirərək Silahlı Qüvvələrdən tərxis olunmaq üçün noyabr ayının sonlarından aclıq aksiyasına başlamışdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR