Bank Of Baku

Saatlıda baş verən yol qəzasında 4 nəfər ölüb

Saatlıda baş verən yol qəzasında 4 nəfər ölüb
# 14 dekabr 2006 10:57 (UTC +04:00)
Saatlı rayonu ərazisində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Əlisoltanlı kənd sakini Sərrac Güləliyevin idarə etdiyi “VAZ-2106” markalı və Sabirabad rayon sakini Hikmət Zeynalovun idarə etdiyi “VAZ-2106” markalı maşınlar toqquşub. Nəticədə S. Güləliyev və sərnişinlərdən Bakı şəhər sakinləri Müşfiq Bədəlov, onun bacısı Xanım Bədəlova, Sabirabad rayon sakini Ələkbər Abdulhüseyn oğlu alıqları xəsarətdən hadisə yerində keçiniblər. Xəsarət almış H. Zeynalov, Bakı şəhər sakinləri Murad Bədəlov və Ruslan Rzayev xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyəti ağırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR