Bank Of Baku

Bakıda “Postsovet məkanında medianın özünütənzimləməsi: Mətbuat Şuraları, onların yaranma zərurəti və rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Postsovet məkanında medianın özünütənzimləməsi: Mətbuat Şuraları, onların yaranma zərurəti və rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 14 dekabr 2006 12:38 (UTC +04:00)
Dekabrın 15-16-da Azərbaycan Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə Bakıda “Postsovet məkanında medianın özünütənzimləməsi: Mətbuat Şuraları, onların yaranma zərurəti və rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Onun sözlərinə görə, tədbirdə 10 ölkənin müvafiq qurumlarının təmsilçiləri iştirak edəcək. Konfrans müddətində səkkiz iclas keçiriləcək. İclaslarda diffamasiya ilə bağlı qanunvericilik, Avropa ölkələrində medianın özünütənzimləməsi və media sahəsində qanunvericilik, Azərbaycan Mətbuat Şurasının işinin təkmilləşdirilməsi, postsovet məkanında vahid Mətbuat Şurası modelinin yaradılması və digər mövzularda müzakirələr aparılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR