Bank Of Baku

Türk-Asiya Strateji Araşdırmalar Mərkəzi 2006-cı ildə müxtəlif nominasiyalar üzrə mükafatların sahiblərinin adlarını açıqlayıb

Türk-Asiya Strateji Araşdırmalar Mərkəzi 2006-cı ildə müxtəlif nominasiyalar üzrə mükafatların sahiblərinin adlarını açıqlayıb
# 14 dekabr 2006 12:39 (UTC +04:00)
Türk-Asiya Strateji Araşdırmalar Mərkəzi (TASAM) 2006-cı ildə müxtəlif nominasiyalar üzrə mükafatların sahiblərinin adlarını açıqlayıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, İstanbulun “Topqapı Eresin” mehmanxanasında keçirilən təntənəli mərasimdə mükafatlar sahiblərinə təqdim edilib. “İlin dövlət adamı” nominasiyası üzrə Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin, İslam Konfransı Təşkilatının baş katibi Ekmaləddin İhsanoğlu, Mali Respublikasının sabiq prezidenti, Afrika Birliyi Şurasının sədri Alpha Omare Konara mükafata layiq görülüblər. TASAM-ın “İlin dövlət məmuru” mükafatını Türkiyə Dini İşlər İdarəsinin sədri, professor Əli Bardaqoğlu, Diyarbəkir, Tekirdağ və Amasiya şəhərlərinin qubernatorları, Ədirnə polis idarəsinin rəisi Hənəfi Avcı, TİKA başqanı Hakan Fidan alıblar. Elm sahəsində “ilin adamı” adını qazananlar sırasında Mayami Universitetinin professoru Nejat Vəziroğlu (ABŞ), Kolumbiya Universitetinin məşhur ürək cərrahı Mehmet Öz, qondarma erməni soyqırımı iddialarını puça çıxaran əsərləri ilə dünyada məşhurlaşan Halil İnancık da var. Ankara Universiteti kənd təsərrüfatı fakultəsinin dosenti Xanım Xəlilova biokimya sahəsində nəzəri və praktik çalışmalara görə TASAM-ın mükafatına layiq görülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR