Bank Of Baku

Aclıq edən tələbələr yerli və beynəlxalq ictimai təşkilatları laqeydlikdə günahlandırır

Aclıq edən tələbələr yerli və beynəlxalq ictimai təşkilatları laqeydlikdə günahlandırır
# 14 dekabr 2006 12:55 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) aclıq edən tələbələri mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, MAU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Elnur Məmmədov 2004-cü ildə onlarla birlikdə eyni şərtlərlə universitetə qəbul edilən tələbələrin 19 nəfərinin başqa ali məktəblərə köçürüldüyünü, lakin bu faktın Təhsil Nazirliyi tərəfindən inkar olunduğunu bildirib. E. Məmmədov aclıq aksiyasının siyasiləşdirilməsinin tərəfdarı olmadıqlarını da deyib: “Aksiyadan öncə dəfələrlə bütün təşkilatlara müraciət etdik ki, bizə yer versinlər. Hətta Yeni Azərbaycan Partiyasına da rəsmi müraciətimiz oldu. Amma onların heç biri tələbələrə sığınacaq vermədi. Aksiyanın Müsavat Partiyasında keçirilməsi bizim bu təşkilatın diqtəsi ilə hərəkət etdiyimizi göstərmir”. MAU-nun tələbəsi Xalid Qarayev prezident İlham Əliyevə müraciət edərək məsələyə müdaxilə etməsini istəyib. Aclıq aksiyasının iştirakçısı Hacı Ələsgərov isə ölkədə fəaliyyət göstərən yerli və beynəlxalq ictimai təşkilatları laqeydlikdə qınayıb. O, indiyə qədər heç bir aparıcı ictimai qurumun tələbələrlə maraqlanmadığını qeyd edib.
Xatırladaq ki, fəaliyyəti dayandırılan MAU-nun bir qrup tələbəsi 24 gündür təhsil hüquqlarının bərpası tələbi ilə aclıq aksiyası keçirir. Aksiya iştirakçılarından 14-ü oğlan, 6-sı qızdır. Bundan başqa, 7 valideyn də aclıqda iştirak edir. Dekabrın 21-də Binəqədi rayon Məhkəməsində tələbələrin iddiası üzrə növbəti məhkəmə iclası keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR