Bank Of Baku

Yüksək səsli partlayıcı oyuncaqlardan istifadəyə görə 50 uşaq cərimələnib

Yüksək səsli partlayıcı oyuncaqlardan istifadəyə görə 50 uşaq cərimələnib
# 14 dekabr 2006 12:58 (UTC +04:00)
Son bir həftə ərzində Bakıda 50 uşaq yüksək səsli partlayıcı oyuncaqlardan istifadə etdiyinə görə cərimələnib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli məlumat verib. Onun sözlərinə görə, bayram ərəfəsi olduğuna görə paytaxtda xaricdə istehsal olunmuş gur səsli partlayıcı maddələrdən istifadə halları artıb: “Uşaqlar bu partlayıcı oyuncaqlardan istifadə etməklə insanlarda vahimə yaradırlar”. Ş. Seyidli deyib ki, saxlanılan 50 uşaq İnzibati Xətalar Məcəlləsinin 224-cü maddəsinə uyğun olaraq inzibati qaydada cərimələnib. Bundan başqa, son bir həftədə uşaqlardan 4500-ə yaxın partlayıcı oyuncaq da götürülüb. Ş. Seyidli hazırda profilaktik tədbirlərin həyata keçirildiyini bildirib: “Bu partlayıcı oyuncaqların ölkəyə gətirilməsi və satışı qadağandır. Bununla bağlı hətta Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı da olub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR