Bank Of Baku

Vəkil Adil İsmayılovun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin müdafiəsindən kənarlaşdırılması ilə bağlı apellyasiya şikayətinə baxılması təxirə salınıb

Vəkil Adil İsmayılovun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin müdafiəsindən kənarlaşdırılması ilə bağlı apellyasiya şikayətinə baxılması təxirə salınıb
# 14 dekabr 2006 13:15 (UTC +04:00)
Vəkil Adil İsmayılovun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin müdafiəsindən kənarlaşdırılması ilə bağlı Səbayel Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə Apellyasiya Məhkəməsində bu günə təyin olunmuş proses baş tutmayıb. Bu barədə APA-ya A. İsmayılov məlumat verib. Vəkil bildirib ki, Apellyasiya Məhkəməsinin hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesin təxirə salınma səbəbi açıqlanmayıb. Həmçinin prosesin vaxtı da tətin olunmayıb. Qeyd edək ki, Baş Prokurorluq A. İsmayılovun F. Əliyevin müdafiəsindən kənarlaşdırılması barədə qərar qəbul edib. Vəkilin bu qərarın ləğvi ilə bağlı Səbayel Rayon Məhkəməsinə etdiyi şikayət təmin olunmayıb. A. İsmayılov məhkəmənin qərarından apellyasiya şikayəti verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR