Bank Of Baku

“Dünyada baş verən fəlakətlərə dair hesabat”ın təqdimat mərasimi keçirilib

“Dünyada baş verən fəlakətlərə dair hesabat”ın təqdimat mərasimi keçirilib
# 14 dekabr 2006 13:20 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Bakıdakı Nümayəndəliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Federasiya (İFRS) tərəfindən nəşr olunan “Dünyada baş verən fəlakətlərə dair hesabat”ın təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, İFRS-ın Türkiyə və Cənubi Qafqaz üzrə regional proqram koordinatoru Reyhan Elmalıdaq deyib ki, hesabatın məqsədi bütün ölkələrin diqqətini fəlakətlərə və diqqətdən kənarda qalan böhranlara yönəltməkdir. Hesabatda diqqətdən kənarda qalmış fəlakətlərlə yanaşı, iri miqyaslı fəlakətlər haqqında da söz açılıb. Bu sənəddə fəlakətlərlə bağlı tənqidi analizlərlə yer verilib. İFRC-nin Bakıdakı ofisinin rəhbər əvəzi Faiq Tahirli isə deyib ki, 2005-ci il təbii fəlakətlərin baş verməsinə görə kəskin fərqlənib. Ötən il baş verən təbii fəlakətlər 99 min insanın ölümünə səbəb olub, fəlakətlərdən əziyyət çəkən insanlara yardım məqsədi ilə 17 milyard ABŞ dolları sərf edilib. Bu isə əvvəlki illərlə müqayisədə rekord göstərici hesab olunur. Bu vəsaitin 5,5 milyard dolları Hind okeanında baş verən sunami fəlakətinin qurbanlarına sərf edilib. Yardımın fəlakətlə üzləşən insanlar arasında qeyri-bərabər paylandığını deyən F. Tahirlinin sözlərinə görə, sunami fəlakətindən əziyyət çəkən hər bir insana 1.241 dollar dəyərində yardım göstərilsə də, Nigeriya, Malavi, Cad, Qayanada adambaşına düşən bu məbləğ 27 dollar olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR