Bank Of Baku

Azərbaycan Qırmızı Aypara Cəmiyyəti son 7 ildə ölkədə baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 160 min AZN vəsait xərcləyib

Azərbaycan Qırmızı Aypara Cəmiyyəti son 7 ildə ölkədə baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 160 min AZN vəsait xərcləyib
# 14 dekabr 2006 13:30 (UTC +04:00)
1999-cu ildən 2006-cı ilə kimi Azərbaycan Qırmızı Aypara Cəmiyyəti (AQAC) Azərbaycanda baş verən təbii fəlakətlərə - sel, leysan və daşqınlara görə 160,126 78 AZN məbləğində yardım göstərib. Yataq ləvazimatları, çadır və s. formada göstərilən yardımdan 4.937 ailə faydalanıb. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə AQAC-nın Təbii Fəlakətlər İdarəsinin rəisi Elşən Səlimzadə məlumat verib. O bildirib ki, yalnız 2006-cı ildə bu təşkilat 316 nəfərə 8 milyon 722 min 93 AZN məbləğində yardım göstərib. Azərbaycanda təbii fəlakətlərdən dəyən ziyanın aradan qaldırılması üçün bir neçə təşkilatla əməkdaşlıq etdiklərini deyən E. Səlimzadənin sözlərinə görə, bu məqsədlə AQAC 2005-2007-ci illər üçün strateji plan hazırlanıb və hazırda təşkilat bu plan üzrə fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR